Qazaxıstanlı nazir müavini: "Azərbaycan ilə ticarət dövriyyəsi şaxələndiriləcək" - EKSKLÜZİV
- 30 oktyabr, 2025
- 13:10
Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi şaxələndiriləcək.
Bunu "Report"a açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət strukturunun dəyişdirilməsi vacibdir:
"Əsas məqsədimiz ticarəti diversifikasiya etməkdir. Xammal deyil, yüksək əlavə dəyərə malik məhsullar üstünlük təşkil etməlidir. Bu həm ÜDM-ə töhfə verəcək, həm də yeni nəsil istehsalçıların yetişməsinə imkan yaradacaq".
Nazir müavini əlavə edib ki, iki ölkənin məhsullarının qarşılıqlı tanıdılması vacibdir:
"Azərbaycanda istehsal olunan məhsullar Qazaxıstan bazarına, Qazaxıstan məhsulları isə Azərbaycan bazarına çıxarılacaq. İstehlakçılar bir-birinin məhsullarını tanımalı və alış-veriş etməlidirlər. Bunun üçün pərakəndə şəbəkələrdə pilot layihələrə başlayırıq".