Nazir müavini: "Torpaq müsabiqələrinin keçirilməsi planlaşdırılır"

ASK
  • 05 dekabr, 2025
  • 12:15
Nazir müavini: Torpaq müsabiqələrinin keçirilməsi planlaşdırılır
İlhamə Qədimova

Azərbaycanda növbəti həftələrdə torpaq müsabiqələrinin keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova nazirliklə sahibkarlar arasında işğaldan azad olunmuş ərazilərdə investisiya müsabiqəsinə çıxarılan torpaqlar üzrə icarə müqavilələrinin imzalanması tədbirində bildirib.

"Bildiyiniz kimi son olaraq Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə 6 876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb, 4 654 hektar torpağın icarəyə verilməsi həyata keçirilir. Xüsusilə Xocavənd və Xocalı rayonlarında bu müsabiqə ərzində icarəyə verilməyən torpaqlar təkrar müsabiqəyə çıxarılacaq",- deyə o qeyd edib.

İ.Qədimova əlavə edib ki, icarə müqaviləsi bağlanılan sahibkarın ilk 5 ildəki fəaliyyəti xüsusilə müqavilənin uzadılması ilə bağlı əhəmiyyətli olacaq: "Sahibkarların həmin ərazilərdəki fəaliyyətinin hər il monitorinqi aparılacaq. Prosesdə məqsəd həm sahibkara dəstək göstərmək, həm də sahibkarın öz öhdəliklərini yerinə yetirməsini yoxlamaqdır".

Son xəbərlər

Bütün Xəbər Lenti