Filippində musson və "İnday" qasırğası səbəbindən 26 nəfər ölüb
Digər ölkələr
- 15 iyul, 2026
- 10:31
Filippində cənub-qərb mussonunun və "İnday" qasırğasının güclənməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb.
"Report" xəbər verir ki, bu barədə yerli media Mülki Müdafiə İdarəsinə (OCD) istinadən məlumat yayıb.
Bundan başqa, torpaq sürüşmələri nəticəsində 9 nəfər yaralanıb, 14 nəfər isə itkin düşüb.
OCD-nin məlumatına görə, musson və qasırğa səbəbindən təxminən 244 min ailə və ya 1 milyon insan zərər çəkib.
Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, 766 ev tamamilə, 853 ev isə qismən dağılıb.
Son xəbərlər
12:55
Azərbaycan-Slovakiya əməkdaşlığı üçün prioritet sahələr açıqlanıb
Biznes12:54
Naxçıvanda bir sıra məscidlərə rəflər və kitablar təqdim olunub
Din12:49
Azərbaycan boksçuları Almaniyadakı beynəlxalq turnirdə altı medal qazanıblar
Fərdi12:47
AZAL brendinin yeni vizual manifesti təqdim edilib
İnfrastruktur12:41
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Ekologiya12:40
Azərbaycan WUF13-ün nəticələrini BMT-nin yüksəksəviyyəli platformasında təqdim edir
İnfrastruktur12:32
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov: "Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var"
Futbol12:28
Azərbaycanın 2027-ci il üçün Milli Antidopinq Qaydaları layihəsi WADA ilə razılaşdırılıb
İdman12:25