Naxçıvanda tərəvəz istehsalı 4 % artıb
ASK
- 02 dekabr, 2025
- 11:29
Bu ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi tərəvəz istehsalı 27 min tondan çox olub.
"Report"un yerli bürosu xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % artım qeydə alınıb.
Həmin dövrdə bölgədə əlavə olaraq 21 min 110 tondan çox kartof da yetişdirilib.
Muxtar respublikada əsasən kartof, soğan, pomidor, kələm, badımcan, bibər və çuğundur kimi yerli iqlim şəraitinə uyğun tərəvəz növlərinin əkini aparılır.
Qeyd edək ki, yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının ümumi məhsul istehsalı 328 milyon manatdan artıq olub. Bu məbləğin 190 milyon manatdan çoxu isə bitkiçilik sektorunun payına düşüb.
Son xəbərlər
04:25
DÇ-2026: Yaponiya - İsveç oyununda hesab bərabərləşib - YENİLƏNİR-4
Futbol04:24
DÇ-2026: Tunis - Niderland oyununda daha bir qol vurulub - YENİLƏNİR-5
Futbol04:23
Rütte: NATO-nun Ankara sammiti alyansın ABŞ üçün əhəmiyyətini nümayiş etdirəcək
Digər ölkələr03:59
Pikassonun əsəri 1,7 milyon dollara satılıb
Digər ölkələr03:23
Makron: ABŞ artıq Rusiya-Ukrayna münaqişəsində neytral tərəf deyil
Digər ölkələr03:20
Yulian Naqelsman: "Ekvadorla matçın bəzi epizodlarında həddindən çox sərbəst oynadıq"
Futbol03:05
Sebastyan Bekkasese: "Almaniya üzərində qələbə qazanmaq sevindiricidir"
Futbol03:04
İtaliya və Fransa Livana dəstək üçün koalisiya yaratmaq barədə razılığa gəliblər
Digər ölkələr02:33