Naxçıvanda 9 ayda istehsal olunmuş aqrar məhsulların ümumi dəyəri açıqlanıb

ASK
  • 15 oktyabr, 2025
  • 17:18
Naxçıvanda 9 ayda istehsal olunmuş aqrar məhsulların ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 294,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır.

9 ay ərzində aqrar məhsulun 165,1 milyon manatlıq hissəsi bitkiçiliyin, 129,7 milyon manatlıq hissəsi isə heyvandarlığın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti