Məcnun Məmmədov: "İnnovasiya davamlı kənd təsərrüfatının əsas hərəkətverici qüvvələrindəndir"

ASK
  • 01 oktyabr, 2025
  • 10:22
Məcnun Məmmədov: İnnovasiya davamlı kənd təsərrüfatının əsas hərəkətverici qüvvələrindəndir

İnnovasiya, elm və texnologiya davamlı və inklüziv kənd təsərrüfatının əsas hərəkətverici qüvvələridir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

O vurğulayıb ki, iqlim dəyişikliyinin təsirlənən əsasən fermerlərdir: "Quraqlıq, daşqın və dəyişkən hava şəraitindən ən çox əziyyət çəkən də onlardır. Onlara uyğunlaşmaq və inkişaf etmək üçün lazım olan bilik və alətlərlə təmin etmək bizim borcumuzdur. Azərbaycanın COP29 sədrliyi həlledici bir an idi. Bu sədrliyimiz dövründə biz fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü elan etdik və bu təşəbbüs hələ də səylərimizin mərkəzindədir. Harmoniya fermer yönümlü bir təşəbbüs kimi hazırlanıb, kənd təsərrüfatı və iqlimlə bağlı qlobal və regional təşəbbüsləri birgə əməkdaşlıq platformasında birləşdirir".

Onun sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə kənd təsərrüfatı, su, nəqliyyat və ağıllı şəhərlər üzrə sektoral iqlim dayanıqlılığını müdafiə etməyə, eləcə də iqlim fəaliyyətində qadınların liderliyinin vacib rolunu önə çıxarmağa həsr olunub: "Kənd Təsərrüfatı Nazirliyi üçün bu günün ilk sessiyası – ağıllı kənd təsərrüfatı mövzusu – bizim vizyonumuza birbaşa uyğundur".

Son xəbərlər

Bütün Xəbər Lenti