Məcnun Məmmədov: "Azərbaycanda zeytunçuluğun inkişafı ixrac imkanlarını genişləndirməyə şərait yaradır"

ASK
  • 01 noyabr, 2025
  • 17:55
Məcnun Məmmədov: Azərbaycanda zeytunçuluğun inkişafı ixrac imkanlarını genişləndirməyə şərait yaradır

Azərbaycanda son illər zeytun istehsalının əhəmiyyətli dərəcədə artması həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradır.

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Zeytun festivalında iştirak etdik. Festival çərçivəsində fermer və sahibkarlarla görüşüb zeytunçuluğun inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq.

Bu cür festivallar regionlarımızın aqrar imkanlarını nümayiş etdirməklə yanaşı, ölkəmizdə keyfiyyətli, rəqabətqabiliyyətli məhsul istehsalı üçün geniş imkanların olduğunun göstəricisidir", - nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti