İmişlidə şəkər çuğundurunun yığımı başlayıb
ASK
- 18 oktyabr, 2024
- 04:52
İmişli rayonunda şəkər çuğundurunun yığımı başlayıb.
Bu barədə "Report"un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il rayonda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib. Bu günə qədər sahələrdən 800 ton məhsul əldə olunub. Orta məhsuldarlığın hər hektar üçün 45-50 ton olacağı gözlənilir.
Məlumata görə, ötən il rayonda şəkər çuğundurunun əkini aparılmayıb.
Qeyd edək ki, bu il məhsulun alış qiyməti artıb. Ötən il 16 faiz şəkərlilik dərəcəsi ilə məhsulun tonu 81 manat idisə, bu il 85 manatdır. Artan hər faiz şəkərlilik dərəcəsinə görə əlavə 4 manat da ödəniləcək. Eyni zamanda, şəkər çuğunduruna dövlət tərəfindən də dəstək olaraq hər ton məhsula 18 manat subsidiya ödənilir.
Son xəbərlər
09:44
Şirvanın bəzi hissələrində qaz kəsiləcək
Energetika09:43
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 36 %-dən çox artıb
Maliyyə09:41
Azərbaycanın bank sektorunun xalis mənfəəti 24 %-dən çox artıb
Maliyyə09:41
Azərbaycanın bank sektorunun aktivləri 60 milyard manatı keçib
Maliyyə09:41
Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
Energetika09:41
Ryazanda PUA hücumu nəticəsində bir sıra obyektləriə yanğınlar baş verib
Digər ölkələr09:36
Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır
Fərdi09:34
Daşkənddə "İspaniya – S5+Azərbaycan" forumu keçiriləcək
Digər ölkələr09:34