Gəncədə “Novruz Bayramı Yarmarkası” keçirilib
ASK
- 17 fevral, 2018
- 10:50
Bakı. 17 fevral. REPORT.AZ/ Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” keçirilib.
"Report"un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər.
Qeyd edək ki, yarmarka hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək təşkil olunacaq.
Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:
| Un (50 kq) | 21 AZN |
| Un (25 kq) | 10.80 AZN |
| Un (10 kq) | 4.70 AZN |
| Un (5 kq) | 2.40AZN |
| Mal əti (1 kq) | 8 AZN |
| Qoyun əti (1 kq) | 9 AZN |
| Yumurta (1 ədəd) | 0.11AZN |
| Kartof (1 kq) | 0.40 AZN |
| Soğan (1 kq) | 0.30 AZN |
| Makaron (1 kq) | 0.70 AZN |
| Vermişel (1 kq) | 0.80 AZN |
| "Final" çayı | 1.88 AZN |
| Limonad (1 ədəd) | 0.20 AZN |
| Alma (1 kq), Mandarin (1 kq) | 1 AZN, 1.50 AZN |
| Kolbasa (1 kq), Sosiska (1 kq) | 5 AZN, 4.70 AZN |
| "Bizim Süfrə" mayonez (500 q) | 1.87 AZN |
| "Supersun" yağı (1 200 q) | 5.30 AZN |
Son xəbərlər
20:30
Orxan Zeynalov: Bakı ilə London Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi hazırlayır
Xarici siyasət20:27
Dunkan Norman: London və Bakı arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə nail olmağa çalışacağam
Xarici siyasət20:25
Tusk: ABŞ öz daimi bazasının Polşada yerləşdirilməsini istisna etmir
Digər ölkələr20:19
Ceyhun Bayramov ilə İshaq Dar ABŞ və İran arasında əldə olunan razılşamanı müzakirə ediblər
Xarici siyasət20:18
Pezeşkian: ABŞ ilə razılaşma İslam ölkələri arasında birliyin möhkəmləndirilməsi üçün fürsətdir
Region20:15
Dunkan Norman: Cənubi Qafqazda sülh region ölkələri üçün yeni imkanlar açacaq
Xarici siyasət20:08
Vens: İsrailin İranla memorandumu tənqid etməsi ABŞ-yə inamsızlığa əsaslanır
Digər ölkələr20:07
DÇ-2026: Çexiya - CAR oyununda hesab açılıb - YENİLƏNİB
Futbol19:59