Azərbaycan və Gürcüstan aqrar məhsullarla üçüncü ölkələrin bazarlarına birgə çıxışı müzakirə edib

ASK
  • 28 noyabr, 2025
  • 13:15
Azərbaycan və Gürcüstan aqrar məhsullarla üçüncü ölkələrin bazarlarına birgə çıxışı müzakirə edib

Azərbaycan və Gürcüstan aqrar sektorda üçüncü ölkələrlə birgə ticarət əlaqələrinin qurulması perspektivlərini müzakirə edib.

"Report"un məlumatına görə, müzakirələr Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Gürcüstan parlamentinin Aqrar Komitəsinin sədri Gela Samxarauli ilə görüşü çərçivəsində baş tutub.

Görüş zamanı tərəflər həmçinin kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, eləcə də aqrar sektorda əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 26-dan Gürcüstanda rəsmi səfərdədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatlarına əsasən, yanvar-oktyabr aylarında Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının ixracı 19,1 % artaraq 1,03 milyard ABŞ dollarına çatıb.

Aqrar məhsulların payına 769,7 milyon ABŞ dolları (27,5 % çox), aqrar-sənaye məhsullarının payına isə 260 milyon ABŞ dolları (0,34 % az) düşür.

Son xəbərlər

Bütün Xəbər Lenti