Azərbaycan Səudiyyə Ərəbistanına yerkökü və şalğam ixrac etməyə başlayıb

ASK
  • 29 mart, 2024
  • 14:00
Azərbaycan Səudiyyə Ərəbistanına yerkökü və şalğam ixrac etməyə başlayıb

Ötən il Azərbaycan 1,5 milyon ABŞ dolları dəyərində 3 min ton yerkökü və şalğam (təzə və soyudulmuş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 1 min 994 ton (-16 %), Ukraynaya 239 min ABŞ dolları dəyərində (+20 dəfə) 860 ton (+25 dəfə), Belarusa 83 min ABŞ dolları dəyərində (-33 %) 115 ton (-15 %), Səudiyyə Ərəbistanına 37,6 min ABŞ dolları dəyərində 2,2 ton və Gürcüstana 10,7 min ABŞ dolları dəyərində (-50 %) 43 ton (-52 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.