Azərbaycan Səudiyyə Ərəbistanına kartof ixracına başlayıb
- 26 fevral, 2024
- 07:02
2023-cü ildə Azərbaycan 30,9 milyon ABŞ dolları dəyərində 71 min 192 ton kartof ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 9 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 28,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 62 min 642 ton (-15 %), Ukraynaya 1,6 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 5 min 450 ton (+4 dəfə), Belarusa 872 min ABŞ dolları dəyərində (+12,5 %) 2 min 174 ton (+15,2 %), Qazaxıstana 215,1 min ABŞ dolları dəyərində (+3 dəfə) 484 ton (+85 %), Moldovaya 109 min ABŞ dolları dəyərində 297 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına (11 min ABŞ dolları dəyərində 1,6 ton) tədarük həyata keçirilib.