Neymar Braziliya millisindəki karyerasını başa vurub

Futbol
  • 06 iyul, 2026
  • 04:19
Neymar Braziliya millisindəki karyerasını başa vurub

Braziliya millisi tarixinin ən çox qol vuran futbolçusu Neymar yığmadakı karyerasını başa vurduğunu elan edib.

"Report" xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb.

"Bir neçə dəfə yoxladım, amma olmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm", – deyə 34 yaşlı oyunçu bildirib.

Qeyd edək ki, Neymar 2023-cü ildən sonra ilk dəfə Braziliya millisinin heyətində fərqlənib. O, DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə qarşı keçirilən və Braziliyanın 1:2 hesabı ilə məğlub olduğu oyunda penaltidən dəqiq yararlanıb.

Neymar yığmanın heyətində ümumilikdə 130 oyunda 80 qol vurub, 59 assist edib.