Azərbaycan əsas tədarük bazarından xurma alışını 10 dəfə artırıb
- 03 noyabr, 2023
- 12:48
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 7,8 milyon ABŞ dolları dəyərində 5,443 min ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 2,4 %, kəmiyyət olaraq – 0,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 4,53 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 dəfə çoxdur) 4 min ton (+10 dəfə), Tunisdən 1,71 milyon ABŞ dolları dəyərində (+33 %) 927 ton (+37 %), İsraildən 559,4 min ABŞ dolları dəyərində (-13 %) 76,4 ton (-16 %), Əlcəzairdən 507 min ABŞ dolları dəyərində (-34 %) 273 ton (-35 %), Səudiyyə Ərəbistanından 288,4 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 63,3 ton (+10 dəfə) xurma alıb.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 7,4 min ton xurmanın 78,2 %-i İranın, 11,5 %-i Tunisin, 7 %-i Əlcəzairin payına düşüb.