Zahid Cəfərov: Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır

Xarici siyasət
  • 15 noyabr, 2025
  • 11:12
Zahid Cəfərov: Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır

Deportasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-dakı çıxışı onlar üçün bir fəaliyyət istiqaməti olub:

"Həmin çıxış göstərdi ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin və bizim qarşımızda prioritet istiqamətlərdən biridir. Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır. Ermənilərin Azərbaycanlılara qarşı soyqırımı tarixdə geniş vüsət alıb. Deportasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar. Ona görə də bu deportasiya soyqırımı adlandırılmalıdır, çünki həmin hadisədə bütün məsələ etnik təmizləməyə yönəlmişdi".

Müsahibin sözlərinə görə, burada diqqət yetirilməli məqamlardan biri də milli təmizləmə məsələsidir:

"Biz Qərbi Azərbaycanda yaşayan kiçik etnik qruplar deyildik, milli kimliyi bəlli olan həmin ərazinin sakinləri idik. Ermənilərin qərbi azərbaycanlılara qarşı soyqırımı tək fiziki deyil, mənəvi məhvetməni də özündə ehtiva edirdi. Milli kimliyi məhv etmək fiziki məhvdən daha təhlükəlidir. Azərbaycan mədəni irsinə aid abidələrin məhv edilməsi mədəni soyqırımından başqa bir şey deyildi. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında Konvensiyada əks olunan büten cinayətləri ermənilər azərbaycanlılara qarşı törədib".

Son xəbərlər

Bütün Xəbər Lenti