XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir
Xarici siyasət
- 30 dekabr, 2025
- 12:04
Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.
"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvan ətrafında yaranmış vəziyyətə münasibət bildirərkən deyib.
XİN rəsmisi bildirib ki, bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.
A.Hacızadə qeyd edib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır:
"Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik".
Son xəbərlər
17:38
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
Maliyyə17:31
"Napoli" icarəyə götürdüyü futbolçunu birdəfəlik heyətinə qatacaq
Futbol17:19
Foto
Video
Bakıda güclü külək nəticəsində aşan ağacın fəsadları aradan qaldırılıb - YENİLƏNİB
Hadisə17:05
2025-ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb
Maraqlı17:02
Foto
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb
Hadisə16:57
Britaniya mərkəzi 2041-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM üzrə artım proqnozunu açıqlayıb
Maliyyə16:43
Video
Emi Karlon: ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir
Xarici siyasət16:38
ADB: Orta Dəhlizin potensialının üzə çıxarılması sərhədlərarası fintexin inkişafını sürətləndirəcək
Maliyyə16:37