Gürcüstanda təyyarə qəzasında həlak olan hərbçilərin nəşləri Türkiyəyə aparılacaq

Xarici siyasət
  • 12 noyabr, 2025
  • 17:00
Gürcüstanda təyyarə qəzasında həlak olan hərbçilərin nəşləri Türkiyəyə aparılacaq

Gürcüstanda təyyarə qəzasında həlak olan hərbçilərin nəşləri Türkiyəyə aparılacaq.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, hadisə ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir:

"Təyyarə qəzasında həlak olan hərbçilərin nəşləri axtarış-xilasetmə qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək. Qəza baş verdiyi andan etibarən bütün imkanlarını səfərbər edərək çevik reaksiya göstərən və bizə dəstək verən Gürcüstan rəsmilərinə təşəkkür edirik".

Son xəbərlər

Bütün Xəbər Lenti