Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasından 23 il keçir

Xarici siyasət
  • 14 yanvar, 2015
  • 09:19
Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasından 23 il keçir

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 23-cü ildönümdür.

"Report"un xəbərinə görə, bu münasibətlə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyi açıqlama yayıb.

"1991-ci il avqustun 30-da müstəqilliyini elan edən Azərbaycan Respublikasını 1991-ci il noyabrın 9-da tanıyan ilk dövlət Türkiyə olub. 1992-ci il yanvarın 14-də imzalanmış protokolla Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr yenidən təsis edilib. Baş konsulluq səviyyəsində fəaliyyətə başlanılıb. Daha sonra münasibətlərimiz səfirliklər səviyyəsinə yüksəlib".