Sultan Hacıyev Keniyanın nüfuzlu telekanalında Azərbaycanın WUF13-ə hazırlığı barədə danışıb

Xarici siyasət
  • 02 dekabr, 2025
  • 17:36
Sultan Hacıyev Keniyanın nüfuzlu telekanalında Azərbaycanın WUF13-ə hazırlığı barədə danışıb

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin ən geniş tamaşaçı auditoriyasına malik, sosial hesablarında 10 milyondan çox izləyicisi olan, qonşu ölkələrdə də yayımlanan "Citizen TV" ictimai-siyasi televiziya kanalının "Diaspora Connect" adlı canlı verilişinin qonağı olub.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir çıxışında Azərbaycanın beynəlxalq müstəvidə qlobal töhfə və təşəbbüsləri barədə danışıb.

O, 2026-cı ilin 17-22 may tarixlərində Bakının evsahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Azərbaycan hökumətinin hazırlıqları və planları haqqında geniş məlumat verib. Bu çərçivədə Keniya ilə əməkdaşlığın vacibliyini, o cümlədən iki ölkə arasında əlaqələrin dinamik inkişafını, qarşılıqlı səfərlərin intensivləşməsini, ölkə liderlərinin bu əməkdaşlığa diqqətini vurğulayıb.

Verilişdə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində Azərbaycanda təqaüdlə ali təhsil hüququ qazanan keniyalı tələbələrlə canlı bağlantı yaradılıb. Tələbələr Azərbaycanda onlara göstərilən diqqət və təhsil üçün yaradılan şəraitdən razılıq edib, ölkə haqqında təəssüratlarını paylaşıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti