Serbiyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan poçt markaları nəşr olunub

Xarici siyasət
  • 18 sentyabr, 2025
  • 18:12
Serbiyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan poçt markaları nəşr olunub

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Serbiyada poçt markaları nəşr olunub.

Azərbaycanın Serbiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, markaların nəşri və dövriyyəyə buraxılması Səfirliyin təşəbbüsü və dəstəyi ilə baş tutub.

"Srbijamarka" tərəfindən buraxılan poçt markalarının üzərində"Üzeyir Hacıbəylinin 140 illiyi" və "Azərbaycan bəstəkarı, Şərqdə operanın banisi" sözləri yazılıb. Mərkəzdə isə dahi bəstəkar Ü.Hacıbəylinin 2011-ci ildə Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü təsvir olunub.

Poçt markalarının nəşri Səfirlik tərəfindən Üzeyir Hacıbəyli irsinin Serbiyada tanıdılması məqsədilə həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir. Qeyd edək ki, Səfirliyin təşkilati dəstəyi ilə dünyanın ən böyük onlayn ensiklopediyası Vikipediyada dahi bəstəkar haqqında serb dilində məqalə genişləndirilib və oxucuların diqqətinə təqdim edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti