Səməd Seyidov: Britaniya müstəqilliyin ilk günlərindən Azərbaycanı dəstəkləyir

Xarici siyasət
  • 25 sentyabr, 2025
  • 14:52
Səməd Seyidov: Britaniya müstəqilliyin ilk günlərindən Azərbaycanı dəstəkləyir

Böyük Britaniya Azərbaycanın müstəqillik qazandığı ilk günlərdən fəal dəstək verib və bu gün ikitərəfli əməkdaşlıq ictimai həyatın bütün sahələrini əhatə edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan-Böyük Britaniya birinci siyasi dialoqunda çıxışı zamanı deyib.

"Əsrin müqaviləsinin imzalandığı 1994-cü ildən BP uğurlu əməkdaşlıq tariximizin bir hissəsinə çevrilib. Lakin bu əməkdaşlıq iqtisadiyyat hüdudlarını aşıb - o, ictimai həyatın bütün sahələrini, o cümlədən mədəniyyət, təhsil və siyasət sahələrini əhatə edir və strateji xarakter alır. Təəccüblü deyil ki, bu gün Azərbaycanla Böyük Britaniya arasındakı siyasi dialoq Birləşmiş Krallığın Azərbaycanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığı zamanda keçirilir. Bu qərar bu yaxınlarda dövlət naziri Stiven Dautinin Azərbaycana səfəri zamanı açıqlanıb", - o qeyd edib.

Səməd Seyidov vurğulayıb ki, iki ölkənin parlamentləri dialoq ruhunu etimada, etimadı əməkdaşlığa, əməkdaşlığı isə davamlı sülhə çevirməyə qadirdir.

Son xəbərlər

Bütün Xəbər Lenti