Səfir: Kişineu və Bakı arasında münasibətlər siyasi tərəfdaşlıq səviyyəsinə yüksəlib

Xarici siyasət
  • 09 dekabr, 2025
  • 14:25
Səfir: Kişineu və Bakı arasında münasibətlər siyasi tərəfdaşlıq səviyyəsinə yüksəlib

Moldova və Azərbaycan arasındakı münasibətlər müntəzəm dialoq və ümumi gündəliyə əsaslanan məzmunlu siyasi tərəfdaşlıq səviyyəsindədir.

Bu barədə "Report"a eksklüziv müsahibəsində Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.

"Son illər ölkələrimiz arasında siyasi əlaqələr daha sıx və sistemli olub. Mən deyərdim ki, bu gün Moldova və Azərbaycan ayrı-ayrı protokol səfərlərinə deyil, müntəzəm dialoqa və ümumi gündəliyə əsaslanan məzmunlu siyasi tərəfdaşlıq səviyyəsinə çatıb", - o bildirib.

Diplomatın sözlərinə görə, Moldova Prezidenti Maya Sandunun Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ən yüksək səviyyədə mühüm istiqamət olub: "Bu görüş tərəflərin enerji təhlükəsizliyindən nəqliyyat dəhlizlərinin inkişafına kimi, eləcə də ölkəmizin Avropa inteqrasiyasına qədər əsas məsələlərlə bağlı baxışlarını dəqiqləşdirməyə imkan verib".

A.Esaulenko, həmçinin, xarici siyasət qurumları səviyyəsində qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb: "Baş nazirin müavini Vladimir Boleanın Bakıya səfəri, müvafiq nazirlər səviyyəsində çoxsaylı təmaslar, Moldova tərəfinin Bakı Enerji Həftəsində, Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Məşvərət Şuralarının iclaslarında iştirakı da siyasi dialoqun aktivləşməsinə töhfə verib. Onun sözlərinə görə, bütün bu təşəbbüslər ölkələr arasındakı əlaqələrin davamlı dinamika qazandığını göstərir".

Səfir qeyd edib ki, dialoq indiki şəraitdə - Rusiyanın Ukraynaya qarşı təcavüzü, enerji və nəqliyyat marşrutlarının transformasiyası və hibrid təhdidlərin artması fonunda - xüsusi əhəmiyyət kəsb edir. Bizim üçün qiymətləndirmələri bölüşmək, yanaşmaları razılaşdırmaq, beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləmək vacibdir. Bu mənada siyasi qarşılıqlı əlaqə səviyyəsini konstruktiv, etimada əsaslanan və uzunmüddətli nəticəyə yönəlmiş kimi xarakterizə etmək olar.

Son xəbərlər

Bütün Xəbər Lenti