Səfir: Efiopiyanın COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq

Xarici siyasət
  • 27 dekabr, 2025
  • 15:30
Səfir: Efiopiyanın COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq

Efiopiyanın 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Efiopiyanın Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud bildirib.

O qeyd edib ki, COP32 Azərbaycanla əməkdaşlıq üçün böyük fürsətlər təqdim edir:

"Azərbaycan COP29-u uğurla təşkil etdi və bu çərçivədə güclü institusional potensialı nümayiş olundu. Efiopiya öz növbəsində COP29-da fəal iştirak etdi və dəyərli təcrübə qazandı. Ümid edirik ki, Azərbaycan COP32-də ən yüksək səviyyədə iştirak edəcək və öz təcrübəsini bizimlə bölüşəcək. Efiopiya beynəlxalq konfranslara ev sahibliyi etməkdə xeyli təcrübəyə malikdir və COP32 hazırlıqlarının mərkəzində olacaq Yaşıl İrs Təşəbbüsünə sadiqdir".

Son xəbərlər

Bütün Xəbər Lenti