Şarl Mişel: Arbitraj geosiyasi məsələlərin alətinə çevrilməməli, siyasiləşdirilməməlidir
- 24 oktyabr, 2025
- 11:03
Arbitraj geosiyasi məsələlərin alətinə çevrilməməli, siyasiləşdirilməməlidir.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının keçmiş prezidenti və Belçikanın keçmiş Baş naziri Şarl Mişel oktyabrın 24-də Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, arbitraj dünyanın qədim sivil və mədəni mübahisələrinin həlli metodudur:
"Hətta maraqlar toqquşanda belə qanunlar hər şeydən möhkəm olmalıdır. Qədim Yunanıstanda başlayan arbitraj indi bütün dünyada inkişaf edib. Bu iş qanunun aliliyinə əsaslanır. Artbitr sülhün bir nümayəndəsidir. Artbitraj tərəflərə mübahisənin həlli üçün qanuni yol təklif edir. Razılıq artbitrajın əsasını təşkil edir".
Ş.Mişel həmçinin bildirib ki, dövlətlər və bəzi siyasi qüvvələr müəyyən üstünlük əldə etmək istəyə bilər:
"Yəni arbitraj bəzən təhdidlərə məruz qalır, lakin geosiyasi məsələlərin alətinə çevrilməməli, siyasiləşdirilməməlidir. Arbitraj beynəlxalq hüququn işləməsinə nümunədir. Siyasət hər qapını bağlayanda qanunvericilik həmin qapıları açmalıdır".