BƏƏ spikeri: Konstitusiyalar sənəd olmaqdan çıxır, vətən və vətəndaşlar üçün canlı alətə çevrilir

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 10:32
BƏƏ spikeri: Konstitusiyalar sənəd olmaqdan çıxır, vətən və vətəndaşlar üçün canlı alətə çevrilir

Konstitusiyalar sənəd olmaqdan çıxır, vətən və vətəndaşlar üçün canlı alətə çevrilir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.

Onun sözlərinə görə, BƏƏ və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmət, ortaq maraqlar və gələcək əməkdaşlıqlar perspektivində qurulub:

"Ötən ilin sentyabrından əlaqələrdə yeni mərhələ başlayıb. Hazırda süni intellekt, yaşıl enerji və s. sahələrdə əməkdaşlığımız mövcuddur. Fikrimcə, konstitusiyalar artıq sənəd olmaqdan çıxır, vətən və vətəndaşlar üçün canlı alətə çevrilir. Konstitusiyanın zamanın tələblərinə hər zaman uyğun olmasını və dəyərlərindən imtina etməməsini arzulayıram".

Son xəbərlər

Bütün Xəbər Lenti