Ukrayna səfiri: Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirəcəyik

Xarici siyasət
  • 03 sentyabr, 2025
  • 12:42
Ukrayna səfiri: Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirəcəyik

Azərbaycan Xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə iki ölkə arasındakı strateji tərəfdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

"Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov ilə məhsuldar görüş və səmərəli müzakirə apardıq. Azərbaycanın humanitar yardımının yeni partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırıldığı üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik",-diplomat əlavə edib.