Sahibə Qafarova sabah Misirə səfər edəcək - EKSKLÜZİV

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 17:11
Sahibə Qafarova sabah Misirə səfər edəcək - EKSKLÜZİV

Milli Məclisin sədri Sahibə Qafarova Misirə səfər edəcək.

"Report"un əldə etdiyi məlumata görə, səfər noyabrın 1-də baş tutacaq.

Sahibə Qafarova Misirə səfəri çərçivəsində Böyük Misir muzeyinin (Grand Egyptian Museum) açılışında iştirak edəcək.

Məlumata görə, açılış mərasimi də noyabrın 1-də keçiriləcək.

Spikerin, eyni zamanda, bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Misir hökuməti şənbə günü onlarla xarici lideri və rəsmi nümayəndəni Böyük Misir muzeyinin rəsmi açılış mərasimində qəbul edəcək. Onilliklər ərzində hazırlanmış bu 1 milyard dollarlıq layihə bir neçə dəfə gecikmələrə və büdcənin artmasına görə problemlərlə üzləşib.

Son xəbərlər

Bütün Xəbər Lenti