Kubanıçbek Ömüralıyev: Son illərdə TDT 52 sahədə əməkdaşlığı genişləndirib

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 12:05
Kubanıçbek Ömüralıyev: Son illərdə TDT 52 sahədə əməkdaşlığı genişləndirib

Son illərdə Türk Dövlətləri Təşkilatı (TDT) çoxsahəli - 52 sahədə əməkdaşlığı genişləndirib.

"Report" xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

Onun sözlərinə görə, Türk dünyası böyük iqtisadi potensiala malikdir. TDT ortaq tarix, mədəniyyət arzusu ilə birləşən ölkələri bir araya gətirir:

"Türk dünyası böyük iqtisadi potensiala malikdir. Əmək, məşğulluq və sosial müdafiə sahəsində əldə etdiyimiz dinamika davam etdirilir. Son illərdə təşkilat çoxsahəli - 52 sahədə əməkdaşlığı genişlənib. Güclü əmək bazarı olmadan davamlı iqtisadi tərəqqi mümkün deyil".

K.Ömüralıyev əlavə edib ki, vətəndaşların təhlükəsiz və tənzimlənmiş şəraitdə çalışması TDT ölkələrinin ortaq vəzifəsidir:

"Bu gün TDT ölkələri arasında əməkdaşlıq uzunmüddətli institusional inkişafı dəstəkləyir. Məşğulluğun tənzimlənməsi, pensiya hüququnun daşınması, sosial müdafiə mexanizmləri, ixtisasların qarşılıq tanınması çərçivəsində əməkdaşlıq edə bilərik. İşçi qüvvəsinin sərbəst hərəkətinin asanlaşdırılması strateji prioritetlərdən biri olmalıdır".

O məlumat verib ki, Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin növbəti iclası Türkiyədə olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti