Qazaxıstan Türk İnvestisiya Fondunun tezliklə işə salınmasına çağırış edib

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 14:48
Qazaxıstan Türk İnvestisiya Fondunun tezliklə işə salınmasına çağırış edib

Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Türk İnvestisiya Fondunun işə salınmasını sürətləndirməyə çağırıb.

"Report"un Qazaxıstan XİN-ə istinadən verdiyi məlumata görə, o, bunu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclasında bəyan edib.

"Qazaxıstan XİN başçısı iclas iştirakçılarını türk dünyasında iqtisadi əməkdaşlığın əsas elementi ola biləcək Türk İnvestisiya Fondunun tezliklə işə salınmasına çağırıb", - məlumatda bildirilib.

Nazir ölkələri Astanada yerləşən Mərkəzi Asiyada ilk superkompüterin və yeni "Alem.AI" Beynəlxalq Süni İntellekt Mərkəzinin potensialından istifadə etməyə dəvət edib.

Y.Koşerbayev həmçinin müasir geosiyasi və geoiqtisadi şəraitdə TDT-nin artan rolunu qeyd edib, təşkilatın dünya arenasında ortaq maraqların, birgə təşəbbüslərin irəlilədilməsi və əlaqələndirilmiş mövqelərin formalaşdırılması üçün ən vacib platforma olduğunu vurğulayıb.

İclasın sonunda nazirlər türk təşkilatlarının fəaliyyətinin inkişafı və genişləndirilməsi ilə bağlı bir sıra sənədlər qəbul edib, həmçinin TDT-nin 12-ci sammitinin yekun sənədlərinin layihələrini təsdiqləyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti