Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini təbrik etdi
Xarici siyasət
- 28 iyun, 2021
- 16:19

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib.
"Report" xəbər verir ki, dövlət başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.
Son xəbərlər
09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.09.2025)
Maliyyə09:08
Azərbaycanın taxılçılıq müəssisəsinin xalis mənfəəti kəskin azalıb
Maliyyə09:07
Lukakunun "Qarabağ"la matçda oynamayacağı dəqiqləşib
Futbol09:02
Cokoviç ABŞ Açıq çempionatında yarımfinala vəsiqə qazanıb
Fərdi09:00
Bakıda yol qəzasında xəsarət alan şəxs 18 gün sonra ölüb
Hadisə08:58
Foto
Binəqədi-Novxanı şosesində minik avtomobili yanıb
Hadisə08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.09.2025)
Maliyyə08:52
Kamçatkada 6 bal gücündə zəlzələ baş verib
Region08:32