Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
Xarici siyasət
- 24 fevral, 2024
- 12:34
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Son xəbərlər
12:00
Tərtərdə 7 yaşlı qız kanala düşüb boğulub
Hadisə11:57
Alina Xələfova: "Miniboss Biznes Məktəbi" çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verir"
Biznes11:46
İshaq Dar: Vaşinqton və Tehranın konstruktiv dialoquna ümid edirik
Digər ölkələr11:44
Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib
Energetika11:38
Türkiyənin tanınmış müğənnisi Işın Karaca Yunanıstandan deportasiya edilib
İncəsənət11:34
Foto
Aynur Sofiyeva AŞF-nin İcraiyyə Komitəsinin iclasında xüsusi xatirə medalı ilə təltif edilib
Fərdi11:34
Foto
Bakı qəsəbələrinin küçələri yuyulub, əsaslı təmizlik işləri görülüb
Daxili siyasət11:26
KİV: "Hizbullah" İsrail hərbçilərinin mövqelərinə zərbələr endirib
Digər ölkələr11:15