Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib
Xarici siyasət
- 06 oktyabr, 2016
- 14:18
Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir:
"Hörmətli xanım Kalyulayd,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."
Son xəbərlər
06:19
FTB: Kirkin qətli ilə bağlı məhkəmə prosesi illərlə uzana bilər
Digər ölkələr05:46
Al Ghad: Qəddafinin oğlunun öldürülməsi Liviyaya qarşı cinayətdir
Digər ölkələr05:05
"SpaceX" nasazlıq səbəbindən "Falcon 9"un uçuşlarını dayandırıb
Digər ölkələr04:43
ABŞ-də qismən şatdauna son qoyulub
Digər ölkələr04:20
Ağ Ev: Delsi Rodrigesin ABŞ-yə səfəri müzakirə olunur
Digər ölkələr03:39
İlon Mask "X"in Parisdəki ofisində aparılan axtarışı siyasi hücum adlandırıb
Digər ölkələr03:14
"Tasnim": İranın PUA-sı əlaqə kəsilməzdən əvvəl bütün məlumatlarını ötürüb
Digər ölkələr02:43
Video
Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır
Daxili siyasət02:17