Özbəkistanlı nümayəndə: Şəkidə işçi qrupunun görüşü İƏT ölkələri arasında əməkdaşlığa təkan verəcək

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 11:49
Özbəkistanlı nümayəndə: Şəkidə işçi qrupunun görüşü İƏT ölkələri arasında əməkdaşlığa təkan verəcək

Şəkidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası təşkilata üzv ölkələrin əməkdaşlığının, əlaqələrinin və mədəni qarşılıqlı fəaliyyətinin daha da inkişafına təkan verəcək.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Özbəkistanın Turizm Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Farrux Ermatov tədbir çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, belə qarşılıqlı fəaliyyət İƏT ölkələrinin dayanıqlı iqtisadi inkişafına imkan yaradacaq.

"Turizm yeni iş yerləri yaradan, ölkələri birləşdirən, mədəni qarşılıqlı anlaşmaya töhfə verən və mümkün mənfi amilləri aradan qaldırmağa kömək edən hərəkətverici qüvvə olaraq qalır. Bu iclas da mühüm alətlərdən biridir. Bu gün ölkələr zəruri qərarların qəbuluna mane olan mövcud problemləri müzakirə edir", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti