Aİ nümayəndəliyi: Azərbaycanla əməkdaşlıq körpülərini birgə qurmağa davam etməkdən məmnunuq
- 16 oktyabr, 2025
- 16:52

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Aİ və rəsmi Bakı arasında əməkdaşlıq, dostluq və qarşılıqlı anlayış körpülərini birgə qurmağa davam etməkdən məmnundur.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini oktyabrın 16-da Prezident İlham Əliyevə təqdim etməsi ilə əlaqədar paylaşımında bildirilib.
Nümayəndəlik yeni bir mərhələnin başlanğıcında olduqları bildirib.
"Hörmətli səfir Marijana Kuyundjiçi etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu rəsmi addımla səfir Kuyundjiç Avropa İttifaqının Azərbaycandakı səfiri kimi fəaliyyətinə başlayır. Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq, dostluq və qarşılıqlı anlayış körpülərini birgə qurmağa davam edəcəyimiz üçün çox məmnunuq",-deyə əlavə olunub.