Nazir: Estoniya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını dəstəkləyir
- 22 oktyabr, 2025
- 12:39

Estoniya Ermənistan və Azərbaycan arasında sülhü, münasibətlərin normallaşdırılmasını dəstəkləyir.
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Prezident İlham Əliyevlə görüşündən sonra "X" hesabında yazıb.
O bildirib ki, Azərbaycan səfərinə Prezident İlham Əliyevlə görüşərək başlamaqdan şərəf duyur.
"Bu il Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılmasına yönəlmiş razılaşmaların irəlilədilməsi baxımından həlledici il olub və Estoniya bu prosesi tam şəkildə dəstəkləyir. Görüş zamanı, həmçinin Rusiyanın Ukraynaya hücumu, Baltik dənizi regionu və ümumilikdə Avropadakı təhlükəsizlik məsələləri, eləcə də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi yolları barədə geniş müzakirə apardıq", - deyə nazir qeyd edib.
Honoured to begin my visit to Azerbaijan with a meeting with @presidentaz Ilham Aliyev.
— Margus Tsahkna (@Tsahkna) October 22, 2025
It has been a pivotal year for advancing agreements aimed at peace and normalization of relations between Azerbaijan and Armenia, a process that Estonia stands in full support of.
We also… pic.twitter.com/fFNPCvJRYZ