Misir D-8 Media Mükəmməllik Mərkəzinin tezliklə açılmasını gözləyir

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 11:56
Misir D-8 Media Mükəmməllik Mərkəzinin tezliklə açılmasını gözləyir

Misir yaxın zamanda D-8 Media Mükəmməllik Mərkəzinin açılmasını gözləyir.

"Report" xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Medianın Tənzimlənməsi üzrə Ali Şurasının sədr müavini Essam Alamir İsmayıl Xəlil Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Misir Mərkəzin açılışını böyük həvəslə gözləyir və bu, regional informasiya məkanının daha da inkişafına təkan verəcək.

"Ümid edirik ki, mərkəzin açılışı yaxın zamanda baş tutacaq. Bu, bütün xalqlarımız üçün daha ədalətli, dinc və dayanıqlı dünyanın qurulması istiqamətində mühüm addım olacaq", - o vurğulayıb.

Essam Alamir İsmayıl Xəlilin sözlərinə görə, Media Mükəmməllik Mərkəzinin yaradılması iştirakçı ölkələrə təcrübə mübadiləsi aparmağa, media sahəsində peşəkar bacarıqları inkişaf etdirməyə və D-8 dövlətlərinin informasiya qurumları arasında əməkdaşlığı gücləndirməyə imkan verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti