Mavriki Prezidenti İçərişəhərlə tanış olub
Xarici siyasət
- 20 may, 2026
- 11:24
Mavriki Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib.
Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.
Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, Mavriki Prezidenti Daramber Qoxul Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Son xəbərlər
08:50
Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb
Region08:39
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:38
"Arzum" ləqəbli bloqerə verilən cəza ilə bağlı hakim açıqlama yayıb
Hadisə08:34
Venesueladakı zəlzələdə La-Quayra ştatının, demək olar, bütün dövlət qulluqçuları həlak olub
Digər ölkələr08:19
Azərbaycan XİN Belarusu Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət08:07
Foto
DÇ-2026: İsveçrə - Əlcəzair oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
Futbol07:50
Bakının dörd rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika07:46
"CNBC": Tramp 2025-ci ildə böhran zamanı texnologiya nəhənglərinin səhmlərini kütləvi şəkildə alıb
Digər ölkələr07:18