İspaniya parlamentinin sədri: Bakıda müasir çağırışlarla mübarizə barədə açıq dialoq apardıq
Xarici siyasət
- 24 yanvar, 2026
- 15:41
İspaniya ilə Azərbaycan ikitərəfli əməkdaşlıq və müasir çağırışlarla mübarizə məsələləri barədə açıq və konstruktiv dialoq aparıblar.
"Report" xəbər verir ki, bu barədə İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdən sonra "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, görüş zamanı beynəlxalq vəziyyət və mürəkkəb qlobal şəraitdə institusional əməkdaşlığın gücləndirilməsi zərurəti ilə bağlı fikir mübadiləsi aparılıb.
"Bu, sabitlik, ölkələr arasında əməkdaşlıq və üzləşdiyimiz əsas çağırışlara birgə cavabların hazırlanması üçün əvəzolunmaz vasitə kimi çoxtərəfliliyin əhəmiyyətli məsələlərinə yönəlmiş açıq və konstruktiv dialoq oldu", - məlumatda bildirilib.
Son xəbərlər
21:19
İsrail Suriyada iki yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib
Digər ölkələr21:09
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub
Komanda20:50
Foto
İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
Xarici siyasət20:50
Video
Kommunikasiya İdarəsi: Türkiyə NATO-da çəkindirmə və regional təhlükəsizliklə bağlı kritik öhdəlik daşıyır
Region20:44
Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib
Komanda20:38
ABŞ təyyarələri iki gün ərzində Yaxın Şərqə 30 reysdən çox yük daşıyıb
Digər ölkələr20:31
"Qarabağ" və "Nyukasl" komandalarının start heyətləri açıqlanıb
Futbol20:29
Foto
Hesablama Palatası ADB-yə əməkdaşlıq təklifləri təqdim edib
Maliyyə20:28