İbrahimoviç: Azərbaycan və Monteneqro müntəzəm reyslərin açılmasını müzakirə edib

Xarici siyasət
  • 20 dekabr, 2025
  • 13:36
İbrahimoviç: Azərbaycan və Monteneqro müntəzəm reyslərin açılmasını müzakirə edib

Monteneqro Azərbaycanla müntəzəm hava əlaqəsinin təşkilində maraqlıdır.

"Report" xəbər verir ki, bunu Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Hörmətli həmkarımla razılığa gəldik ki, hər iki ölkənin maraqlarına daha yaxşı xidmət etməsi üçün gələcəkdə təkcə mövsümi deyil, həm də il boyu müntəzəm reyslərin təşkili mümkünlüyü nəzərdən keçirilməlidir. Ölkələrimiz arasında birbaşa aviareyslərin təşkili məqsədəuyğun olardı. Hörmətli həmkarımla razılığa gəldik ki, yaxın illərdə təkcə mövsümi deyil, həm də il boyu müntəzəm reyslər təşkil ediləcək. Xalqlarımızın bir-birinin potensialını daha yaxşı bilməsi üçün davamlı hava əlaqəsinin qurulması vacibdir", - İbrahimoviç deyib.

O xatırladıb ki, Azərbaycan Monteneqro iqtisadiyyatına böyük investisiyalar qoyub və bunun sayəsində azərbaycanlı turistlər üçün cəlbedici şərait yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti