Xayotjon İbrahimov: Bir sıra ölkələr Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizində iştiraka maraq göstərir

Xarici siyasət
  • 15 noyabr, 2025
  • 14:34
Xayotjon İbrahimov: Bir sıra ölkələr Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizində iştiraka maraq göstərir

"Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin iştirakçılarının sayı yaxın vaxtlarda arta bilər.

"Report"un Daşkənddə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov jurnalistlərə açıqlamasında deyib.

"Əslində müxtəlif ölkələrin bu layihədə iştiraka marağı var, çünki elektrik enerjisinə tələbatın artması tendensiyası mövcuddur. Təbii ki, perspektivləri görən, hesablamalar aparan ölkələr bu layihədə iştirak etməkdə maraqlıdır. Düşünürəm ki, yaxın zamanda biz məhz digər iştirakçıların bu layihəyə qoşulmasının rəsmi qaydada elan olunmasının şahidi olacağıq", - o, "Report"un sualını cavablandırarkən bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti