Hikmət Hacıyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib

Xarici siyasət
  • 04 fevral, 2026
  • 17:33
Hikmət Hacıyev Zayed İnsan Qardaşlığı Mükafatının təqdimolunma mərasimindən paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib.

"Report" xəbər verir ki, bu barədə onun "X" hesabındakı paylaşımında qeyd olunub:

"Azərbaycan və Ermənistan arasında tarix yazılır! Sülh qazanır!!!"

Qeyd edək ki, Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.