Hikmət Hacıyev: Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 12:00
Hikmət Hacıyev: Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə toplantısı barədə paylaşım edib.

"Report" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

Prezidentin köməkçisi bildirib ki, builki Zirvə toplantısı "Sülh və Təhlükəsizlik" mövzusuna həsr olunub:

"Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas narahatlıq və başlıca prioritet olaraq qalır. Türk dünyası bizim ortaq ailəmizdir və qlobal güc mərkəzinə çevrilməkdədir".

Son xəbərlər

Bütün Xəbər Lenti