Heydər Əliyevin anım günü Seulda qeyd olunub
- 12 dekabr, 2025
- 16:55
Azərbaycanın Cənubi Koreyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Bu barədə "Report" diplomatik missiyanın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"Dekabrın 12-də səfirlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfirliyin əməkdaşları və Cənubi Koreyada yaşayan həmvətənlərimiz Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər", - səfirliyin məlumatında bildirilib.
On December 12, the Embassy hosted commemoration event on the occasion of the 22nd anniversary of the death of National Leader of the Azerbaijani people Heydar Aliyev.
— Azerbaijan in Korea (@AzEmbKorea) December 12, 2025
Embassy representatives and our compatriots living in South Korea honored the dear memory of Great Leader with a… pic.twitter.com/ObVcLWN6TP