Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib
Xarici siyasət
- 05 may, 2021
- 10:26
"Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik".
"Report"un xəbərinə görə, bunu mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim. Çox sağ olun", - Gürcüstanın Baş naziri bildirib.
Son xəbərlər
11:45
Foto
Ucarda sahibsiz itlərin hücumuna məruz qalan şəxsin son durumu açıqlanıb - YENİLƏNİB
Hadisə11:44
Milli Məclisin deputatı Asiya Parlament Assambleyasının Daimi Komitəsinin iclasında iştirak edib
Xarici siyasət11:42
Sədr müavini: Din Xadimlərinin forumunda bütün dini konfessiyalara mənsub nümayəndələr iştirak edir
Din11:40
Azərbaycanda icbari sığorta bazarı 7 % böyüyüb
Maliyyə11:37
Azərbaycanda könüllü sığorta bazarı 13 %-dən çox böyüyüb
Maliyyə11:37
Ukraynalı olimpiya çempionu vəfat edib
Fərdi11:25
Özbəkistan rəsmisi: Azərbaycanın dövlət və din arasında qarşılıqlı əlaqə modeli nümunəvidir
Xarici siyasət11:24
"Barselona" və "Liverpul" italiyalı müdafiəçini heyətinə qatmaq üçün mübarizə aparır
Futbol11:16