Gürcüstandan daha 200 azərbaycanlı təxliyə olunacaq
Xarici siyasət
- 06 avqust, 2020
- 05:58
Avqustun 8-də Gürcüstandan 200 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi həyata keçiriləcək.
Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə olunan şəxslər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşamaq hüququ olan gürcüstanlı soydaşlarımız da var.
Onlar avqustun 7-də Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçiriləcəklər. COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək.
Təxliyə olunan şəxslər səfirliyin təşkilatçılığı ilə avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə mindən çox azərbaycanlı Azərbaycana çatdırılıb.
Son xəbərlər
18:48
Əmək bazarının inkişafı istiqamətində görülən işlər və vəzifələr müzakirə olunub
Sosial müdafiə18:42
İsrail ordusu HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandirini öldürüb
Digər ölkələr18:28
Video
Zaqatalada sel səbəbindən köməksiz qalan beş nəfər xilas edilib
Hadisə18:19
Hakan Fidan iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Region18:19
Azərbaycanda qaz istehlakçıları üçün yeni qaydalar təsdiq edilib
Energetika18:17
AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir - EKSKLÜZİV
Turizm18:09
Foto
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Hərbi18:05
Foto
Ağalıda növbəti əmək yarmarkası keçirilib, 80 vakansiya təqdim edilib
Sosial müdafiə18:04