Gəncə və Təbriz şəhərləri qardaşlaşacaq
Xarici siyasət
- 26 yanvar, 2015
- 06:15
Bakı. 26 yanvar. REPORT.AZ/ Gəncə ilə Təbriz şəhərləri qardaşlaşacaq.
Bu barədə "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Məlumata görə, bununla əlaqədar fevralın 7-də Gəncə şəhəri İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev Təbrizə səfər edəcək.
İkigünlük səfər zamanı E.Vəliyev İranın Şərqi Azərbaycan vilayətinin ostandarı İsmayil Cabbarzadə və digər rəsmiləri ilə görüşəcək.
Səfər zamanı Gəncə ilə Təbriz şəhərlərinin qardaşlaşması ilə bağlı sazişin imzalanması gözlənilir.
Son xəbərlər
04:10
ABŞ Prezidenti İranla danışıqların bərpası üçün şərtini açıqlayıb
Digər ölkələr03:42
Braziliya prezidenti Paraqvayla diplomatik qalmaqala səbəb olub
Digər ölkələr03:06
Mərakeşdən İspaniyaya üzərək çatmaq istəyən 18 miqrant ölüb
Digər ölkələr02:39
Tramp HƏMAS-ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan edib
Digər ölkələr02:00
Fox: Türkiyə F-35-ləri əldə etmək üçün tələb olunan şərtləri yerinə yetirməyib
Region01:28
Qurban Qurbanov: "Futbolçularımız 120 dəqiqəlik oyuna tam hazır deyildilər"
Futbol01:05
Pakistanda kömür mədəninin çökməsi nəticəsində 9 nəfər ölüb
Digər ölkələr00:55
"Qarabağ" Konfrans Liqasında "Dinamo" ilə qarşılaşacaq
Futbol00:47