"Freedom LLC" Azərbaycan müxalifətinin xarici maliyyə bağlantıları mövzusunu yenidən gündəmə gətirir

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 11:55
Freedom LLC Azərbaycan müxalifətinin xarici maliyyə bağlantıları mövzusunu yenidən gündəmə gətirir

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna qarşı casusluq ittihamı ilə aparılan istintaq ideoloji suverenlik mübarizəsinin regional miqyasını göstərdi.

"Report" xəbər verir ki, bu fikirlər "Baku TV"nin "Qlobal ideoloji suverenlik mübarizəsi" adlı videomaterialında yer alıb.

Videomaterialda qeyd olunub ki, istintaq sənədlərində adıkeçən Hüseyn Gün 2005-ci ildə ABŞ-də "Freedom LLC" adlı qurumun yaradılmasında iştirak etdiyini etiraf edib:

"Onun sözlərinə görə, bu qurum vasitəsilə Azərbaycanın demokratikləşməsi adı altında bəzi siyasətçilərə, o cümlədən "Müsavat" partiyasının sədri olmuş İsa Qəmbərə maliyyə dəstəyi göstərilib".

Süjetdə bu iddianın Azərbaycan müxalifətinin xarici maliyyə bağlantıları mövzusunu yenidən gündəmə gətirdiyinə diqqət çəkilib.

"Analitiklər bildirirlər ki, 2013-cü ildən sonra xarici qrant axınlarının rəsmi məhdudlaşdırılması nəticəsində maliyyələşmə qeyri-rəsmi kanallarla, əsasən, Gürcüstan üzərindən həyata keçirilib. "Freedom LLC" xətti bu sistemin hüquqi əsaslarını konkretləşdirən yeni sübut kimi dəyəndirilir", - süjetdə vurğulanıb.

Daha ətraflı "Baku" TV-nin videomaterialını izləyə bilərsiniz:

"Freedom LLC" Azərbaycan müxalifətinin xarici maliyyə bağlantıları mövzusunu yenidən gündəmə gətirir

Son xəbərlər

Bütün Xəbər Lenti