Monteneqro Azərbaycandan yeni investisiyalarda maraqlıdır

Xarici siyasət
  • 20 dekabr, 2025
  • 13:47
Monteneqro Azərbaycandan yeni investisiyalarda maraqlıdır

Monteneqro yaxın gələcəkdə Azərbaycandan yeni investisiyalarda maraqlıdır.

"Report"un məlumatına görə, bunu Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ölkə Monteneqrodan Azərbaycana investisiya axınının təmin edilməsini də vacib hesab edir.

"Monteneqrodan Azərbaycana investisiyaların təmin edilməsi vacibdir. Lakin ümid edirik ki, Azərbaycandan investisiyalar da yaxın gələcəkdə, xüsusilə yeni layihələrin həyata keçirilməsi yolu ilə artacaq", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti