Enn Vetsi: Belçika müstəmləkə zülmü illərinə görə Konqoya təzminat ödəməlidir

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 11:38
Enn Vetsi: Belçika müstəmləkə zülmü illərinə görə Konqoya təzminat ödəməlidir

Belçika Konqo Demokratik Respublikasını müstəmləkələşdirdiyi dövrdə yerli xalqı onun mədəni irsinin əhəmiyyətli hissəsindən məhrum edib.

"Report"un məlumatına görə, bu barədə "Wetsi" incəsənət qalereyasının təsisçisi və direktoru, belçikalı incəsənət tarixçisi Enn Vetsi Mpoma Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Belçika vurulmuş ziyana görə bu gün təzminat ödəməlidir.

E.Mpomanın sözlərinə görə, müstəmləkəçilik təkcə iqtisadi asılılıq deyil, həm də bütöv bir xalqın yaddaşını və mədəni kimliyini silmək cəhdidir: "Əgər bu gün Belçika muzeylərini gəzsək, Konqo xalqına məxsus çox sayda artefaktlar görmək olar. Mən bu mədəni dəyərlərin Konqo və digər Afrika ölkələrinə qaytarılması üçün çalışıram. Lakin bunun üçün Afrika dövlətlərinin hökumətlərinin dəstəyi lazımdır".

O vurğulayıb ki, Belçikanın Konqoya vurduğu zərər çox böyük olub: "Belçika təkcə Konqo xalqından rəsmi üzr istəməli deyil, həm də müstəmləkə zülmü illərinə görə təzminat ödəməlidir".

Son xəbərlər

Bütün Xəbər Lenti