Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib
Xarici siyasət
- 20 aprel, 2021
- 18:06
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.
Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Son xəbərlər
09:36
ABŞ-də Maduronun həbsi üçün hüquqi əsaslandırma hazırlanıb
Digər ölkələr09:35
Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb
Energetika09:28
Qala qəsəbəsində avtomobil aşıb, ölən var
Hadisə09:22
Bakıda avtomobil qadını vuraraq öldürüb
Hadisə09:21
Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçiriləcək
Komanda09:17
Dumanlı hava şəraiti davam edir, görünüş 700 metrədək məhdudlaşır
Ekologiya09:14
DYP: Dumanlı hava avtomobillərin hərəkətini çətinləşdirir, qəza riskini artırır
Hadisə09:08
Beyləqanda avtomobil kanala düşüb, xəsarət alanlar var
Hadisə09:07